Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin “Qələbə planı”nı şizofreniya adlandırıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Lavrov bu barədə Minskdə keçirilən Avrasiya təhlükəsizliyi üzrə II Beynəlxalq Konfransının açılış mərasimində danışıb.
O, həmçinin Zelenskinin “Sülh formulu”nu “axmaq” adlandırıb: “Qərb Zelenskinin axmaq “Sülh formulu”nu təşviq etməyə davam edir. Bu vətəndaş bir neçə həftə əvvəl isə şizofrenik “Qələbə planı”nı təqdim etdi”.