Zəlimxan Yaqubun əməliyyatı üçün donor tapılmır

zelimxan-yaqubun-emeliyyati-ucun-donor-tapilmir
Oxunma sayı: 2539


Bu sözləri AzNews.az-a açıqlamasında xalq şairi Zəlimxan Yaqub deyib. O, ötən il böyrəklərinin əməliyyatla çıxarılmasından sonra səhhətinin indiki vəziyyətilə ilə bağlı məlumat verib. 

Z.Yaqubun sözlərinə görə, ötən il əməliyyat olunduqda bir il sonra yenidən əməliyyat edilərək, böyrək qoyulacağı bildirilsə də, həkimlər nəzərdə tutulan əməliyyata icazə vermir: “Həkimlər deyir olmaz, səhhətində problem var, daha sonra yenidən baxarıq. Oktyabrın ortalarında məhz bu məqsədlə yenidən xaricə gedəcəyəm. Həkimlərlə mütəmadi əlaqə saxlayıram. Gərək bir az özümü qoruyam”.

Xalq şairi onu da bildirib ki, səhhətində problemlər yaransa da, bu, onun yaradıcılığa mənfi təsir göstərməyib: “Bilirsiniz, nələr etmişəm?! Yaradıcılığım çox yüksək səviyyədə davam edir. Yaxın günlərdə mətbuatı izləyin”.