Zəlzələdə ölən qız qızıllarını ona vəsiyyət etmişdi, o da öldü - Foto

zelzelede-olen-qiz-qizillarini-ona-vesiyyet-etmisdi-o-da-oldu
Oxunma sayı: 3626

Türkiyənin Hatay şəhərindəki zəlzələdə həlak olan Ayşegül Çinin vəsiyyəti tapılıb.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, tapılan kağızda Ayşegül qızıllarının anası Məryəm Çinə verilməsini yazıb.

"Mənə bir şey olsa, çantadakılar anamındır. Bunları Həcc və Ümrə ziyarəti üçün istifadə etməsini istəyirəm", - deyə kağızda qeyd edib. 

Sonradan məlum olub ki, onun anası da dağıntılar altında həlak olub. Buna görə qızıllar Ayşegülün qardaşı Hüseyn Çinə verilib.