Bu barədə “Qafqazinfo”ya Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonunun Şahtaxtı kəndində qazıntı işləri aparan AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycanın qədim tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev məlumat verib.
Hazırda Şahtaxtı Arxeoloji Qazıntı Kompleksində çalışan Q.Ağayev yeni tapdıqları unikal abidənin Eneolit dövrünə aid olduğunu bildirib: “Yəni bu, o deməkdir ki, yaşayış məskəninin 7 min il yaşı var. Abidənin unikallığı ondadır ki, bura intensiv yaşayış yeri olub. Yəni, artıq sübut etdik ki, insanlar yerlərini dəyişmədən burada yaşayıblar”.
İyunun 15-də başlanmış qazıntı işləri 2-3 ay müddətində davam edəcək.
Qeyd edək ki, Kəngərli rayonunun Şahtaxtı kəndi Azərbaycanın ən məşhur kəndlərindən bidiridir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 9 fevral 2010-cu il tarixdə imzaladığı “Şahtaxtiniskilər muzeyinin yaradılması haqqında” Ssrəncamı ilə Şahtaxtı kəndində muzey üçün yeni bina tikilib istifadəyə verilib. Hazırda muzeydəki 285-dən çox eksponat buraya gələnlərə dilçi, şərqşünas, əlifba islahatçısı Məhəmməd ağa Şahtaxtinski, Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətləri olan, ictimai xadim Behbud ağa Şahtaxtinski, AXC dövlət xadimlərindən Həmid ağa Şahtaxtinski, ziyalı-jurnalist İsasultan Şahtaxtinski və digər Şahtaxtinskilər haqqında kifayət qədər məlumat verir.
Azərbaycan prezidenti İlham Əliyevin anası, Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım Əliyeva da bu kənddə doğulub.
Son xəbərlər
Son Xəbərlər