Zidanın oğlu Enzo ilk oyununda qol vurdu - Video

zidanin-oglu-enzo-ilk-oyununda-qol-vurdu
Oxunma sayı: 9922

İspaniya Kral Kubokunun 4-cü turunda “Real” öz meydanında “Cultural Leonesa” klubunu qəbul edib.

Qafqazinfo” xəbər verir ki, baş məşqçi Zidanın oğlu Enzo meydana çıxdığı ilk oyunda qol vurub. “Real” Madrid qarşılaşmanı 6:1 hesabı ilə qalib gəlib.

“Santyaqo Bernabeu” stadionunda keçirilən oyunda “Real”ın qollarını 1, 42 və 87-ci dəqiqələrdə Mariano Diaz, 23-ci dəqiqədə Xames Rodriguez, 63-ci dəqiqədə Enzo Manuel, 90-ci dəqiqədə (öz qapısına) Cesar Morgado Ortega vurub. Qonaq komandanın yeganə qolu isə 45-ci dəqiqədə Yeray Gonzalez Luisin adına yazılıb.

Braziliya klubu “Şapekoense” keçirdiyi təyyarə qəzası oyunöncəsi 1 dəqiqə sükutla anılıb.