“Zirə”də iki yeni müqavilə

zirede-iki-yeni-muqavile
Oxunma sayı: 1058

“Zirə” iki futbolçusu ilə müqavilə müddətini artırıb.

“Qafqazinfo” xəbər verir ki, “qartallar” Salifu Suma və İssa Cibrilla ilə yeni sözləşmə imzalayıb.

Yeni müqaviləyə əsasən, hər iki futbolçu 2027-ci ilin yayına qədər paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

İssa Cibrilla 2022-ci, Salifu Suma isə 2023-cü ildən “Zirə”nin formasını geyinir.