Bahar Muradova “vurulmağı” haqda xəbərə reaksiya verdi

bahar-muradova-vurulmagi-haqda-xebere-reaksiya-verdi
Oxunma sayı: 3295



Milli Məclisin sədr müavini Bahar Muradova YAP-vn son qurultayında vurulması, YAP icra katibinin müavini seçilməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, B. Muradova yayılan xəbərlərin yanlış olduğunu deyib: “Sözün düzü, mən çox təəssüf etdim.  2005-ci ildə mən həm partiyamız, həm də Milli Məclis üzvləri tərəfindən çox böyük etimada layiq görüldüm. Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi, Milli Məclisin sədr müavini seçildim. Bu, çox böyük və məsuliyyətli bir vəzifədir. Mən bu vəzifəyə seçilməyimə görə, Yeni Azərbaycan Partiyasına borcluyam. Ümumiyyətlə, bu gün mən və mənim həmkarlarımın əldə etdiklərimiz nə varsa, bu partiyada olmağımızdan, bu partiyanın prinsiplərini qəbul etməyimizdən, onun sıralarında fəaliyyət göstərməyimizdən və bu partiyanın bizə etimad göstərməyindən asılıdır. Fərdi şəkildə, əlbəttə ki, bu uğuru çox az adam əldə edə bilərdi. Mən bu gün partiyanın və onun Sədrinin əsgəriyəm. O, məni hara göndərəcəksə, mən ora çox böyük məmnuniyyətlə gedərək canla–başla o tapşırığı yerinə yetirməyə hazıram. 2005-ci ildə də mənə belə bir tapşırıq verildi və Milli Məclis sədrinin müavini seçildim. Seçildiyim andan da bir neçə gün sonra ərizə ilə cənab Prezidentə və İcra Katibliyinə müraciət etdim. O vaxtdan da icraçı qurumda rəsmi olaraq işimə xitam verildi. Amma mən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin apardığı işlərdə bu günə kimi də iştirak edirəm, bundan sonra da iştirakıma davam edəcəyəm”.