“Qafqazinfo”nun avtosfer.az-a istinadən məlumatına görə, təxminən 200 min qiyməti olan bu avtomobillərin hər ikisi Bakı şəhər DYPİ-nin ərazisindəki cərimə meydançasına aparılıb.
DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, hər iki nəqliyyat vasitəsi qanunla istifadəsi qadağan olunan səsgücləndirici vasitələrdən istifadə etdiklərinə görə saxlanılıb və sürücülər barəsində inzibati protokol tərtib edilib.
Qeyd edək ki, maşınlara qeyri-ənənəvi səs qurğularının quraşdırılması qanunla qadağandır və İnzibati Xətalar Məcəlləsində bu əmələ görə sürücünü min manatadək cərimə gözləyir.
Son xəbərlər
Son Xəbərlər