Bakı Ali Neft Məktəbində (BANM) Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qaliblərindən biri olmuş BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Pakizə Paşayevanın “Daxili dünyam» adlı layihəsinin yekununa həsr olunmuş tədbir keçirilib.
BANM-dən "Qafqazinfo"ya bildirilib ki, tədbirdə Gənclər Fondunun sədri Fərhad Hacıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BANM-in rəhbərliyi və layihədə iştirak edən tələbə-gənclər iştirak ediblər.
Rektor E. Qasımov bu cür layihələrin sayəsində gənclərin özünü ifadə və təsdiq etmək üçün gözəl imkanlar yarandığını deyib.
F.Hacıyev bildirib ki, Fond daim yaradıcı gənclərin ideyalarını layihə formatında maliyyələşdirərək həyata keçirməyə imkan yaradır.
Sonda “Daxili dünyam” layihəsinin iştrakçıları sertifikatla mükafatlandırılıblar.
Son xəbərlər
Son Xəbərlər