Sual-"Mən ailəliyəm. Ailə quranda soyadımı dəyişib yoldaşımın soyadına keçmişəm. İndi yenidən öz soyadıma qayıtmaq istəyirəm. Amma həyat yoldaşımdan boşanmıram. Bunu boşanmadan necə etmək olar?"
Cavab
“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi
QAYDALARI -
6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir.
6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.
6.8. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
6.8.1. ərizə verən şəxsin soyadı, adı, atasının adı;
6.8.2. adını, ata adını və ya soyadını dəyişdirmək istəyi;
6.8.3. daşımaq istədiyi ad, ata adı və soyad;
6.8.4. doğulduğu tarix və yer;
6.8.5. milliyyəti və vətəndaşlığı;
6.8.6. yaşayış və iş yeri, vəzifəsi;
6.8.7. hərbi uçot yeri;
6.8.8. əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada;
6.8.9. ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumat (kimlə nikah bağlanıb və ya pozulub, nə vaxt və harada);
6.8.10. övladları (soyadı, adı, atasının adı, doğulduğu tarix və yer);
6.8.11. xarici ölkələrdən deportasiya olunmuşdursa, hansı ölkədən, nə vaxt;
6.8.12. şəxsiyyətini təsdiq edən sənəd (seriyası, nömrəsi və verilmə tarixi).
6.9. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
6.9.1. ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;
6.9.2. ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
6.9.3. ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
6.9.4. ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
6.9.5. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
6.9.6. çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
6.9.7. ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;
6.9.8. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda dövlət rüsumunun ödənilməsinə dair qəbz.
Son xəbərlər
Son Xəbərlər