- Telman müəllim, belə söz-söhbət gəzir ki, guya Ekologiya Nazirliyi Milli parklarda, dağlarda şahlıq qurub, yürüşlər etmək, yarışlar keçirmək üçün yüksək dağlıq ərazilərə getmək istəyən bəzi idmançıları ora buraxmır, bir sıra şəxslərin adları “qara siyahı”ya salınıb
-Əvvəla çox səhv edib belə məntiqsiz bəyanatlar yayırlar. Mən onları təbiətə qənim kəsilən cəlladlar adlandırıram. Bu adamların Azərbaycan təbiətinə olan münasibətinə bir bax, nə qədər vətənsevməz olasan ki, təbiətin qorunması üçün qoyulan qayda-qanunu məsxərəyə qoyasan. Çunki bunlar bu ölkəni öz müstəmləkəsi sayır, vətəni yox. Ay nadanlar bu təbiət, flora, fauna qorunmalıdır da. Gör neçə illərdir ki, bütün dünya belə qoruyur da, sərt qanunlarla, sərt qaydalarla. Biz sovetdən qalan çirklənmələri müstəqillikdən sonra yeni-yeni təmizləməyə başlamışıq, dağların-dərələrin qədrini yeni-yeni bilməyə başlamışıq. Ekologiya Nazirliyi düz edib, lap əcəb edib şahlıq yaradıb dağlarda. Dağlarda qanunların şahlığı yaradılıb və düz də edilib. Qanunlarımızı saymayıb bunun əleyhinə çıxanlar başından böyük səhv edib cızmaqaralar yayırlar. Yenəmi özbaşınalıq olsun, özlərini ağıllı sayan dağ biliciləri yenəmi getsin dağıtsın, zibillləsin dağlarımızı? Ürəkləri istədiyi yerdə tonqal qalasınlar, alpinizm adı ilə, idman adı ilə yeyib-içib kef məclisləri düzəltsinlər, onlara kimsə irad tutmasın ki, bəs bunlar böyük adamlardı. Bizim qanunlarımızı saymırsansa, deməli yaramazsan. Mən çox gözəl bilirəm hardan gəlir bu təpkilər. Xaricdən maliyyələşən satqınlardan, ara qatanlardan.
Mən Ekologiya Nazirliyini qanunların işləməsi üçün uyğunlaşdırılmış qaydalara riayət olunmasını tələb etdiyi üçün dəstəkləyirəm, hətta tələb edirəm ki, belə yaramaz ara qatanların adları qara siyahıdan ümumiyyətlə çıxarılmasın. “Qara siyahı” metodundan bundan da sərt formada istifadə etməyi tövsiyə edirəm. Bir daha xatırladıram, təbiətimizə qənim kəsilib hansısa qondarma idmançı mövqelərindən sui-istifadə edilməsi yetər. Əks halda mən bundan da sərt bəyanatlarla adını alpinist qoyan bir qrup nadanın, onların başçılarının adını, soyadını, hansı xarici ölkəyə nökərçilik etdiklərini açıq şəkildə ortaya qoyacam...
Son xəbərlər
Son Xəbərlər