Məşhur türk aktyorunun ölümü təsdiqləndi - Yenilənib

meshur-turk-aktyorunun-olumu-tesdiqlendi
Oxunma sayı: 7457

Türkiyənin məşhur aktyoru İsrafil Köse dünyasını dəyişib.

Qafqazinfo” Uçankuş.com-a istinadən xəbər verir ki, bu barədə Cem Yılmaz sosial şəbəkədə məlumat yayıb.

Komediya aktyoru qəzaya düşən İ.Kösenin Haydarpaşa Nümunə Xəstəxanasında öldüyünü qeyd edib:

“Aktyor İsrafil Kosa keçirdiyi yol qəzasından sonra dünyasını dəyişdi, Allah rəhmət eləsin”,- deyə C. Yılmaz bildirib.

Xatırladaq ki, Kosa ötən gün İstanbulun Kadıköy ərazisində motosiklet qəzası keçirmişdi.

***

Aktyorun həyat yoldaşı Şengül Köse mətbuata açıqlama verib.

"İsrafil yaşayır, nəfəs alır. Dualarınıza ehtiyacımız var. İndi komadadır",- deyə xanım Köse bildirib. 

***

Aktyorun meneceri Emin Albayrak mətbuata açıqlamasında Kösenin öldüyünü təsdiləyib. 

Albayrak bildirib ki, aktyorun günorta saatlarında dünyasını dəyişib:

"Qanaxma dayanmırdı. Səhər saatlarında beyni öldü, komaya düşdü. Günorta saatlarında dünyasını dəyişdi".