Məşhur meyxanaçı Zaur Aşıq dünən axşam saatlarında qəflətən vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və onun meyitinin fotosu yayılıb. Onun vəfat etməsi ilə bağlı müəmmalı məlumatlar yayılıb. Bəzi şəxslər meyxanaçının qəza nəticəsində vəfat etdiyini, digərləri isə xəstəlikdən vəfat etdiyini bildirirlər. Məlumatlarda bildirilir ki, meyxanaçı ürək çatışmazlığından Lənkəranda toyda ikən vəfat edib.
Qeyd edək ki, Zaur Aşiq Azərbaycanda son dövrlər ən çox populyar olan bir mahnının – “Qəşəy-Qəşəy” mahnısının ifaçısıdır.
Allah rəhmət eləsin!
Son xəbərlər
Son Xəbərlər