Əflatun Amaşovla görüşüblər

-eflatun-amasovla-gorusubler
Oxunma sayı: 652

CASCFEN mətbuat xidmətindən “Qafqazinfo” ya verilən məlumata görə, Azər Həsrətin başçılıq etdiyi heyət MŞ sədri ilə mümkün işbirliyi imkanları, Azərbaycan mediasının ümumi problemləri, söz və ifadə azadlığı, həmçinin jurnalistləri narahat edən məsələlər ətrafında fikir mübadiləsi edib.

MŞ sədri Əflatun Amaşov bildirib ki, CASCFEN-in rəsmi qeydiyyatdan keçərək fəaliyyətini hüquqi müstəvidə davam etdirməsi ölkədə və bütövlükdə regionda ifadə azadlığına ciddi töhfələr verəcək. Eyni zamanda o, qeyd edib ki, MŞ CASCFEN kimi təşkilatlarla hər zaman açıq işbirliyində maraqlı olub və bu xəttin faydasına inanırlar.

“Biz anlayırıq ki, Azərbaycan mətbuatının qarşısında duran vəzifələri daha keyfiyyətli bir şəkildə həyata keçirə bilməsi üçün bizim təşkilatlarımız əlindən gələni etməlidir. Müxtəlif təşkilatlar arasında işbirliyi və həmrəylik duyğularının güclənməsi də hər zaman jurnalistikamızın, ümumilikdə söz azadlığının xeyrinədir”, - deyə Əflatun Amaşov bildirib.

Azər Həsrət isə öz növbəsində qeyd edib ki, CASCFEN İdarə Heyətinin sonuncu toplantısında qurumun MŞ-na üzv olması ilə bağlı müzakirələr aparılıb və ümumi rəy bundan ibarət olub ki, məsələ sonuncunun rəhbərliyi ilə müzakirə edilsin. Bu məsələyə münasibət bildirən MŞ sədri cavab olaraq deyib ki, böyük məmnuniyyətlə CASCFEN-in MŞ-na üzv olmasını istərdilər. Nəticədə qərara gəlinib ki, CASCFEN İdarə Heyətinin oktyabrın 6-na nəzərdə tutulan toplantısında məsələ rəsmiləşdirilsin və uyğun şəkildə MŞ üzvlüyü üçün müraciət edilsin.