Qaradağda dəyirmi masa keçirildi - Fotolar

qaradagda-deyirmi-masa-kecirildi
Oxunma sayı: 1379

Aprelin 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan görkəmli elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, Aparatın şöbə müdirləri, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayonun səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər.

İH başçısı Süleyman Mikayılov bildirib ki, Zərifə Əliyevanın yüksək intellektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi.

Zərifə Əliyeva, eyni zamanda sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi xalqımızın qəlbində özünə əbədi yer tutub. Daim həyat yoldaşı ulu öndərimizin yaxın sirdaşı və silahdaşı olub.

Süleyman Mikayılov, həmçinin Zərifə Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirərək, qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.