“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - Video

mustanqla-avtosluq-eden-sexs-saxlanildi
Oxunma sayı: 2422

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə”Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib. Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə sürücü A.Cəfərov 15 gün müddətinə inzibati qaydada həbs olunub.