Danimarka Ukraynaya hərbi yardımını artıracaq

danimarka-ukraynaya-herbi-yardimini-artiracaq
Oxunma sayı: 915

Danimarka hakimiyyəti bu il Ukraynaya hərbi yardımı 630,5 milyon dollar artırmaq niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunur ki, 2023-cü ildən 2028-ci ilə qədər Danimarkanın Ukraynaya yardımı təxminən 9,3 milyard dollar təşkil edəcək.

“Hökumət və Danimarka parlamentindəki partiyaların böyük əksəriyyəti 2024-cü ildə Ukraynaya hərbi dəstəyi 4,4 milyard kron artırmağa razıdır... Artımla Ukrayna fondu çərçivəsində hərbi dəstəyin ümumi həcmi ümumilikdə 64,8 milyard kron təşkil edəcək”, - deyə məlumatda bildirilir.