Putin mayda Çinə gedəcək

putin-mayda-cine-gedecek
Oxunma sayı: 910

Rusiya Prezidenti Vladimir Putin may ayında Çinə səfər etməyi planlaşdırdığını açıqlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o bu haqda Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxış edən zaman danışıb.

“Mən may ayında Çinə səfər etməyi planlaşdırıram”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, Putin dəqiq tarixi açıqlamayıb. Lakin göstərilən ayı nəzərə alsaq, bu, Rusiya prezidentinin seçkilərdən sonra ilk xarici səfəri ola bilər.