Rusiyanın Bryansk vilayətinə hücum olub - Yaralılar var

rusiyanin-bryansk-vilayetine-hucum-olub
Oxunma sayı: 2155

“Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Starodubski rayonunun Kurkoviçi kəndinin sakinlərinə pilotsuz uçuş aparatı vasitəsilə hücum edib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində 4 nəfər yaralanıb. Onlardan biri 14 yaşlı uşaq olub.