Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Samux rayonu, Qırmızı Samux qəsəbə ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
Əlavə məlumat veriləcək.
***
Samux sakini Kürdə boğulub.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Kür çayının Samux rayonunun Qırmızı Samux kəndindən keçən hissəsində qeydə alınıb.
Rayon sakini, 1998-cü il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlu Kür çayında çimən zaman boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti meyitin axtarışını aparır.