Afrin əməliyyatının 36-cı günü - Hesabat

afrin-emeliyyatinin-36-ci-gunu
Oxunma sayı: 1432

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 1873-a çatıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, gün ərzində 44 terrorçu məhv edilib.

Bundan başqa, Bafler və Maskah kəndləri də azad edilib.

Bununla da əməliyyatın başladığı 20 yanvar tarixindən etibarən 20-si strateji yüksəklik, 73-ü kənd olmaqla ümumilikdə 101 məntəqə terrorçulardan təmizlənib.

Hazırda TSQ və ASO-nun Afrinin mərkəzinə doğru irəliləyişi davam edir.