Ağalarovlar “Jara”ya belə hazırlaşır - Fotolar

agalarovlar-jaraya-bele-hazirlasir
Oxunma sayı: 1193

Moskvada “Jara” musiqi festivalın həsr olunmuş gecə təşkil olunub. “Qafqazinfo” xəbər verir ki, özəl gündə Rusiyanın ən tanınmış simaları iştirak ediblər. 

Bakıya hazırlıq üçün təşkil olunan "pre-party"də tanınmışlar qırmızı xalça üzərinə çıxaraq kameralara poza veriblər.  

Mərasimdə  Filipp Kirkorov, Nikolay Baskov, Yuriy Aksyuta, Yan Rudkovskaya, Yulianna Karaulov, Nyuşa, Jiqan, Soso Pavliaşvilivə başqaları iştiak edib. 

Gecəyə Emin Ağalarovun atası, tanınmış biznesmen Araz Ağalarov da qatılıb. 

Xatırladaq ki, beynəlxalq festivalın təşkilatçıları Emin Ağalarov, Qriqori Leps və Serqey Kojevnikovdur. 

Musiqi gecəsi iyulun 27-dən 30-dək Bakıda keçiriləcək.