Ancelina Coli qəzaya düşdü

ancelina-coli-qezaya-dusdu
Oxunma sayı: 1200


"Qafqazinfo" axşam.az-a istinadən xəbər verir ki, hadisə aktrisanın evinə gedən yolda baş verib. Rulun arxasında A.Colinin sürücüsü olub. Qəzaya səbəb yolun sürüşkənliyi göstərilir. 

Əvvəlcə təkərin şini partlayıb, daha sonra isə sürücü idarəetməni itirərək bordyura girib. Şahidlərin sözlərinə görə, aktrisa ciddi travmalar almayıb. 

Xatırladaq ki, ötən gün futbolçu Devid Bekhem də böyük oğlu Bruklinlə birlikdə Londonda qəzaya düşüb. Hadisə zamanı D.Bekhem çiynindən zədə alıb.