Aparıcı politoloqu efirdən qovdu - “Rədd ol buradan” + Video

aparici-politoloqu-efirden-qovdu
Oxunma sayı: 7950

Rusiyanın “Rossiya 24” kanalında yayımlanan “Kto protiv?” verilişində gərgin anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən verilişin aparıcısı Vladimir Solovyov politoloq Vsevolod Nepoqodini tənqid edib və onu studiyadan qovub.

Proqram aparıcısı və politoloq arasındakı mübahisə Ukraynanın silahlı qüvvələrinin müzakirəsi zamanı baş verib. Solovyovun fikrincə, Ukraynada nasizm mövzusu və Stepan Banderanın obrazı populyarlaşır.

Nepoqodin cavabında izah edib ki, nasist Almaniyası ilə əməkdaşlıq edən Bandera ukraynalılarda stanilizmə qarşı mübarizə ilə eyniləşdirilir. “Hansı alternativ var idi?” – deyən ukraynalı politoloq, bir qisim ukraynalıların sovet hakimiyyətinə olan neqativ münasibətini izah edib.

Nepoqodinin sözlərini hirslə qarşılayan aparıcı bunları deyib:

“Yəni, sən mənim studiyamda deyirsən ki, insanın Hitlerin tərəfində vuruşmağa haqqı var idi? Rədd ol burdan! Mən heç izah etmək də istəmirəm!”