Arif Əsədov “Sabah”dan göndərildi

arif-esedov-sabahdan-gonderildi
Oxunma sayı: 1976

Gələn mövsümdən Premyer Liqada mübarizə aparacğı dəqiqləşən "Sabah" klubunda baş məşqçi Arif Əsədovla bağlı yekun qərar verilib.

“Qafqazinfo” xəbər verir ki, tərəflər arasında əldə olunan qarşılıqlı razılığa əsasən, klubla baş məşqçi arasında imzalanan müqavilənin müddətinin artırılmamasına qərar verilib.

Qeyd edək ki, təcrübəli mütəxəssis mövsümün əvvəlindən paytaxt klubunu çalışdırırdı.