Artur Rasizadə parlamentdə çıxış etdi

artur-rasizade-parlamentde-cixis-etdi
Oxunma sayı: 1614


“Qafqazinfo”nun məlumatına görə, baş nazir Artur Rasizadə bildirib ki, qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatının xarici təhdidlərə qarşı davamlılığını saxlayıb:

“ÜDM-da 5,8 faizi artım əldə olunub. İnflaysiya bir rəqəmli səviyyədə saxlanılıb. DNF-nin gəlirləri 1, 8 milyard artaraq 36 milyarda dollara çatıb. Manatın məcənnəsi stabilliyini qoruyub saxlayıb. Xarici ticarət dövriyyəsinin həcmi 34, 7 milyarda çatıb. Bunun da 44 faizi Avropa ölkələrinin payına düşüb. İnvestisiyaların 62 faizi daxili investisiyanın hesabına formalaşıb. Əhalinin gəlirləri 6, 2 faiz artaraq 423 manata çatıb. Strateji valyuta ehtiyatının ÜDM nisbətinə görə Azərbaycan dünyanın 20 ölkəsi sırasındadır. Ötən il 1 milyon 200 min yeni iş yeri yaradılıb. Yoxsulluğun səviyyəsi 5,3 faizə düşüb”. 

Baş nazir deyib ki, əhaliyə keyfiyyətli xidməti təmin etmək məqsədilə ASAN XİDMƏT-in fəaliyyəti genişləndirilib və bu xidmət vasitəsilə əhaliyə göstərilən xidmət şəffaflıq təmin olunub:

“2013-cü ildə Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına 3 milyard manat ayrılıb”.

Günel