Arvadını bıçaqlayan ər həbs olundu

arvadini-bicaqlayan-er-hebs-olundu
Oxunma sayı: 643

Dekabrın 16-sı saat 05:00 radələrində C. Cabbarlı küçəsində yaşayan Elxan Umarov mübahisə zəminində həyat yoldaşı Rəvanə Zöhrab qızına daxilə nüfuz edən bıçaq xəsarətləri yetirdiyinə görə Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Dekabrın 15-i saat 19:30 radələrində Albalılıq qəsəbəsində Niyaməddin Həşimov idarə etdiyi «VAZ-2106» markalı avtomaşınla Məhərrəm Kazımovu vurmuş, piyadaçı xəstəxanaya aparılarkən yolda ölüb.

Dekabrın 15-də Bakı şəhər sakini Orxan Abidov daxilə nüfuz edən 2 bıçaq xəsarəti ilə İ. Dağıstanlı küçəsində yerləşən internet-klubdan KTM-ə daxil olub. Binəqədi RPİ CAŞ və 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Emil Əliyev tutulub.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan İlham Şirinov yaxalanıb.

Dekabrın 14-nə keçən gecə N. Mahmudov küçəsində yerləşən 64 saylı orta məktəbdən pəncərədən keçmə yolu ilə 2 ədəd prosessor, manitor və printer oğurlanıb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Fərid Abdulmanafov, Elnur Məmmədov, Nicat Quliyev və Orxan Alışov dekabrın 16-da tutulublar.

Yasaml RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini Samir Abdinovdan 20 qramdan artıq tiryək aşkar olunaraq götürülüb.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Fərid Vəliyev dekabrın 16-da tutulub.

Məlum olub ki, o, 2010-cu il iyun ayının 4-nə keçən gecə Şərifzadə küçəsində yerləşən, Zeynəb Ağayevaya məxsus köşkdən qıfılı sındırma yolu ilə ətriyyat və tütün məmulatları, dekabr ayının 3-nə keçən gecə isə Mətbuat prospektində yerləşən, Arif Vəliyevə məxsus mağazadan qapını sındırma yolu ilə 600 manat dəyərində ərzaq məhsulları oğurlaıb.
F. Vəliyev bundan başqa, bu ilin oktyabr ayının 2-dən noyabrın 7-dək olan müddətdə M. Seyidov küçəsində yerləşən məscidin giriş qapısında qoyulan, içərisində 100 manat olan nəzir-yardım qutusunu və dekabrın 15-i saat 09:00 radələrində məscidin 2-ci mərtəbəsində olan təklif və rəy qutusunu qanunsuz olaraq götürüb.

Saxlanılan şəxs ayrı-ayrı vaxtlarda A. Şərifzadə küçəsində yerləşən müxtəlif məkanlardan oğurluq edib. Belə ki, o, iyunun 15-i saat 02:00 radələrində Zahir Nəcəfova məxsus yeni tikilidən 140 metr elektrik kabeli, noyabrın 1-i saat 01:00 radələrində Elçin Quliyevə məxsus hindən 50 ədəd göyərçin, dekabrın 11-i saat 08:30 radələrində Tofiq Novruzova məxsus köşkdən 50 manat, meyvə-tərəvəz və dekabrın 15-i saat 02:00 radələrində Daşqın Nəzərova məxsus köşkdən qapının sındırma yolu ilə meyvə-tərəvəz oğurlanıb.