“Atamın nə ölüsü, nə də dirisindən xəbərdarıq”

atamin-ne-olusu-ne-de-dirisinden-xeberdariq
Oxunma sayı: 5447

"5-də 5" proqramının “Unuda bilmirəm” rubrikasına qonaq olan müğənni Rahidə Baxışova efirdə kövrək anlar yaşayıb.  “Qafqazinfo” xəbər verir ki, o, uşaqlıq illərindən söhbət açaraq atasının 28 ildir itkin düşdüyünü qeyd edib. 

 Rahidə proqramda göz yaşlarını saxlaya bilməyib:

“Atamı 10 yaşında itirmişəm. 1990-cı ildə evdən getdi, bir daha geri qayıtmadı. Nə ölüsünü, nə də dirisini tapdıq. Anası, atası, qardaşları, biz çox axtardıq, amma ondan xəbər çıxmadı. Yaddaşımda onunla bağlı çox şeylər qalmayıb, 10 yaşımda olanları dərk etmirdim.   Bilirəm ki, o insan həyatda yoxdur. Yaşasaydı, bizi axtarardı. Onun qızı artıq tanınmış biridir. Ola bilməz ki, övladlarını görmək istəməsin. 

Anam morqlara, xəstəxanalara getdi. Atamın nə ölüsü, nə də dirisindən xəbərdarıq. Anam isə 4 övladını saxlamaq üçün 4 yerdə işləyirdi. Bağçada, ofisdə yemək hazırlayırdı, təmizlik işləri görürdü. Tək idi, heç kimi yox idi. O bizə həm ana, həm də ata olub”.