Avtobus gənc qadını vuraraq öldürdü - Video

avtobus-genc-qadini-vuraraq-oldurdu
Oxunma sayı: 12094

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu saatlarda İsmayıllının mərkəzində şəhər daxili işləyən avtobus piyadanı vurub. Hələlik kimliyi bəlli olmayan gənc qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ölən 1994-cü il təvəllüdlü İsmayıllı şəhər sakini, Bağıyeva Nərgiz Asif qızıdı. Gənc qızın İsmayıllı rayon mərkəzi xəstəxanasında işlədiyi bildirilir. 

Rəşad Türkoğlu