Aysel özünə yeni sevgili tapdı - Yenilənib

aysel-ozune-yeni-sevgili-tapdi
Oxunma sayı: 2332

Müğənni Aysel Əlizadə yeni eşq macəraları ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, BakiPost.az-ın yaydığı xəbərə görə, onun yeni sevgilisi ilə münasibətləri şou-biznes aləmində əsas müzakirə mövzusuna çevrilib. Məlumata görə, müğənni avtomobil alqı-satqısıyla məşğul olan, bu sahədə məşhur bir şəxslə münasibətdədir. Həmin şəxsin müğənniyə son model "Porsche” avtomobili və digər bahalı hədiyyələr aldığı, ona görə evindən uzaqlaşdığı bildirilir. 45 yaşlı, daha çox "Yetim” ləqəbi ilə tanınan həmin şəxsin kimliyi çoxlarına bəllidir. 

A.Əlizadənin köməkçisi sayta açıqlamasında məlumatı təkzib edib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl maqazin verilişlərinin birində imkanlı bir şəxslə evlənmək istədiyini bildirmişdi.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin şəxs Bakıda məşhur avtoqaleriyanın sahibi Elçindir. O, Aysel Əlizadə üçün son model olan "Porsche” almaqla yanaşı, xüsusi məna kəsb edən dövlət nömrə nişanı da hədiyyə edib. “90 EA 333” seriyalı nömrədə cütlüyün adlarının baş hərfləri əks olunub. 

***

Aysel Əlizadə "Qafqazinfo"ya açıqlamasında deyib ki, o hər zaman “Porshe” markalı avtomobil istifadə edib. Lakin, indi həmin markalı avtomobilin yeni versiyasını alıb.  O bildirib ki, sevdiyi marka budur və adıçəkilən şəxs dostudur: “Sənətçilərin dostu ola bilər. Bu, şəxsi müstəvidə münasibət kimi anlaşılmamalıdır. Əsk təqdirdə həmin şəxslər hüquqi qaydada cəzalandırılacaq”.