Azərbaycan futbolu üçün yeni format təklif olunacaq

azerbaycan-futbolu-ucun-yeni-format-teklif-olunacaq
Oxunma sayı: 649

Tədbirdə təklif olunan yeni format təqdim olunacaq. İdman Araşdırmalar Mərkəzi "6-lıq" sisteminin ləğvini, Azərbaycan Kubokuna marağın daha çox olmasını, I divizion komandalarının ölkə kubokunda daha çox oyun keçirmələrini məqsədəuyğun sayaraq, bu meyarlara cavab verən format təklif edir.

"UEFA prezidenti Mişel Platini də bildirib ki, ölkələr milli kubok yarışlarına daha ciddi yanaşmalıdırlar. Hətta o, ölkə kubokunun qalibinin Avroliqaya yox, ÇL-ə getməsini təklif edib. Bütün bunları nəzərə alaraq, ciddi əsaslara söykənmiş format hazırlamışıq ki, onu da tədbir zamanı geniş şəkildə təqdim edəcəyik" deyə qurumun sədri Elşən Məmmədov bildirib.