Azərbaycan sərhədi irəli çəkilib? - Rəsmi açıqlama

azerbaycan-serhedi-ireli-cekilib
Oxunma sayı: 648

Son  günlər bəzi informasiya resurslarında guya Gürcüstan sərhədçi­lərinin Samux rayonunun Burunqovaq kəndi istiqamətində sərhəd xəttini təxminən 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə məlumat yayılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Qafqazinfo"ya daxil olan xəbərə görə, bu məlumatlar həqiqətə uyğun deyil və internet resursların­da bu kimi yoxlanılmamış məlumatların yayılması yanlış fikirlərin formalaşması, həmçinin əsassız müzakirələrə şərait yaradır.