Azərbaycan və Rusiya universitetləri arasında müqavilə imzalandı - Fotolar

azerbaycan-ve-rusiya-universitetleri-arasinda-muqavile-imzalandi
Oxunma sayı: 1034

Sibir regionunda yerləşən Krasnoyarsk Dövlət Aqrar Universitetinin rektoru və bir qrup əməkdaşı sentyabrın 25-də Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər. 

“Qafqazinfo” xəbər verir ki, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlara universitein tarixi, müasir vəziyyəti, aqrar sahəyə və aqrar təhsilə dövlət dəstəyi, əməkdaşlıq əlaqələrinin prioritet  istiqamətləri barədə danışıb.

Krasnoyarsk Dövlət Aqrar Universitetinin  rektoru, professor Natalya İvanovna Pıjikova hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyi, müəllim və tələbələrin mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması məsələlərini müzakirə edib, son illərdə ADAU-nun maddi-texniki bazasının müasir standartlara uyğun yenidən qurulması, laboratoriyaların, tədris və tədqiqat mərkəzlərinin yaradılmasını çox yüksək qiymətləndirib.

Görüşün sonunda universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb.