Azərbaycanın Xalq artisti vəfat etdi

azerbaycanin-xalq-artisti-vefat-etdi
Oxunma sayı: 6945

Məşhur azərbaycanlı pianoçi Çingiz Sadıxov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ-da yaşayan pianoçu San-Fransisko şəhərində dünyasını dəyişib. 1929-cu ilin aprelin 5-də Bakıda anadan olan Ç. Sadıxov son 20 ildə  ABŞ-da yaşayıb. 

O, Azərbaycanın Əməkdar Artisti və Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!