Azərbaycanla Aİ arasında yeni sazişin imzalanma tarixi bəlli deyil

azerbaycanla-ai-arasinda-yeni-sazisin-imzalanma-tarixi-belli-deyil
Oxunma sayı: 830

“Azərbaycanla Avropa İttifaqı arasında Sazişin məhz bu ilin 13 may tarixində imzalanması nəzərdə tutulmayıb”.

Bu barədə “Qafqazinfo”ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva mətbuatda bu ilin 13 may tarixində Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanacağı ilə əlaqədar yayılmış məlumata münasibətində bildirib.

XİN rəsmisinin sözlərinə görə, ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar hələ ki, davam etdirilir.