Azərin Azərbaycana döndü

azerin-azerbaycana-dondu-
Oxunma sayı: 727

“Qafqazinfo”nun məlumatına görə, müğəninin Bakıya gəlməsinə səbəb Daxili Qoşunların yaranmasının 20 illik yubileyi ilə əlaqədardı. Beləki, Azərin Daxili Qoşunların 20 illiyi ilə bağlı klip hazırlayır. Sözləri və musiqisi İlqar Novruzova məxsus olan “Daxili Qoşunların əsgəri” martın 12-də təqdim olunacaq.

Fevralın 23-də Azərin yenidən Türkiyəyə qayıdacaq. Əməkdar artist Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlərdə iştirak edəcək. O cümlədən TRT-nin bir neçə kanalında verilişlərin qonağı olacaq sənətçimiz, bu proqramlar vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışacaq.
Yeri gəlmişkən onu da qeyd edək ki, Azərin fevralın 25-də İzmirdə, fevralın 26-da İstanbulda iki tədbirdə, fevralın 27-də Ankarada, Fevralın 28-də Adanada keçiriləcək tədbirlərdə iştirak edəcək. Enyi zamanda, Azəri-Türk Qardaşlar Birliyinin Platforması çərçivəsində bir sıra tədbirlədə iştirak edəcək.
Mart Ayında isə Azərin yenidən TRT Avazda və TRT Muzikdə maraqlı proqramlarla aparıcı olaraq efirə çıxacaq.
Bu ilin sonuna qədər Azərin Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış etməyi də nəzərdə tutub.

Nigar