“Azəristiliktəchizat”ın çilingəri iş başında öldü

azeristiliktechizatin-cilingeri-is-basinda-oldu
Oxunma sayı: 1281

“Azəristiliktəchizat” ASC-nin çilingəri Ramiz Cəbiyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə ötən gün Yasamal rayonu 8 saylı istilik sistemlərinin istismar qazanxanasında baş verib. Belə ki, həmin qazanxanada navalçaları təmizləyən zaman səbət qırılıb və çilingər yerə yıxılaraq vəfat edib. 

Hadisə yerinə Yasamal rayon prokurorluğunun və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Hazırda fakt üzrə araşdırma aparılır. 

Günel Türksoy