Bakıda məhbus həbsxanada öldü

bakida-mehbus-hebsxanada-oldu
Oxunma sayı: 651

Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində yerləşən müəssisədə cəzaçəkən, 2004-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il müddətinə azadlıqdan məhrum edilən 1955-ci il təvəllüdlü Hüseynov Novruz Məmməd oğlu qəfil ölüb. O, müəssisənin 2 saylı yataqxanasının dəhlizində qəfil yıxılıb və yerindəcə keçinib.

Qeyd edək ki, dünyasını dəyişmiş məhbus Naxçıvan MR, Şərur rayonunun Yayıcı kəndində anadan olubmuş.

Faktla əlaqədar araşdırmalar aparılır.