Belə sevgilinizin olmasını istərdiniz? - Fotolar

bele-sevgilinizin-olmasini-isterdiniz
Oxunma sayı: 5055

Avstraliya vətəndaşı Amber Luke etdirdiyi müxtəlif əməliyyat və 50-dən çox döyməsi ilə görünüşünü tamam dəyişib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı gözəl ilk döyməsini 7 il bundan öncə etdirib. Daha sonra, görünüşünü standart hesab edən Amber 10 min dollar xərcləyərək bədənini döymələrlə bəzədib. 

Bütün bunlarla da qane olmayan Amber əməliyyatla dilini iki hissəyə böldürüb, qulağını böyüdərək istədiyi formaya saldırıb. Ən əsası isə gözünün ağını dəyişdirərək mavi etdirib. Buna görə o, hətta 3 həftə keçici olaraq görmə qabiliyyətini itirib. 

Hazırkı görünüşünə görə, dostları ona “mavi gözlü əjdaha” ləqəbini verib.