“Beşiktaş”lı azarkeş seçki günü TFF-nin qərarına belə etiraz etdi - Video

besiktasli-azarkes-secki-gunu-tff-nin-qerarina-bele-etiraz-etdi
Oxunma sayı: 1982

Bu gün Türkiyədə keçirilən seçkilərdə seçicilərdən biri azarkeşlik etdiyi "Beşiktaş"ın "Fənərbağça" ilə qarşılaşmasında Türkiyə Futbol Federasiyasının texniki məğlubiyyət qərarına etiraz edərək bülleteninə "Beşiktaş" yazıb.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, seçici mayın 3-də verilmiş qərarın intiqamını bu gün alıb. Sosial şəbəkədə yayılan bülletenin fotosu etirazlara səbəb olub. 

Qeyd edək ki, Türkiyə bu gün yeni prezidentini və 600 millət vəkilini seçir.