FHN əhaliyə müraciət etdi

fhn-ehaliye-muraciet-etdi
Oxunma sayı: 646

Ölkə ərazisində yaranmış kəskin hava şəraiti ilə əlaqədar FövqəladəHallar Nazirliyi əhaliyə müraciət edib.

“Qafqazinfo”nun nazirliyin rəsmi saytına istinədən məlumatına görə, müraciətdə qeyd edilir ki, son günlər respublika ərazisində, o cümlədən paytaxtda havanın soyuması və qar yağması ilə əlaqədar yollarda hərəkət çətinləşib.

Yollarda çətinliklərlə üzləşmiş avtomobillərin və piyadaların hərəkətinin davam etdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası bəzi ərazilərə cəlb edilib. Hazırda Bakı şəhərinin Binə, Hövsan, Zirə, Qobu, Müşfiqabad, Dübəndi, Pirallahı qəsəbələri istiqamətində, habelə Bakı-Sumqayıt magistral yolunun bəzi hissələrində çətin şəraitlə üzləşmiş sürücülərə və piyadalara Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən lazımi köməklik göstərilir.
Fövqəladə Hallar Nazirliyi sürücülərə zərurət olmadığı halda qeyd edilən yollardan istifadə etməməyi tövsiyə edir.