Hyustonun öldüyü otaqdan kokain tapıldı

hyustonun-olduyu-otaqdan-kokain-tapildi
Oxunma sayı: 647

“Qafqazinfo” məlumatına görə, xəbəri “Reuters” məhkəmə ekspertizasının hesabatına istinadən yayıb. Dedektivlər, həmçinin müğənninin qaldığı otelin vanna otağından kokainin istifadə olunması üçün alətər aşkar ediblər.

Məhkəmə ekspertizasının 40 səhifəlik hesabatında qeyd edilir ki, Hyuston ölüm qabağı alkoqol və marixuana qəbul edib. Hesabatda həmçinin yazılıb ki, müğənninin assistenti onu su ilə dolu vannada üzü üstə yıxılmış vəziyyətdə tapıb.