İyulun 1-də günəş tutulacaq

iyulun-1-de-gunes-tutulacaq-
Oxunma sayı: 898

Xərçəng bürcünün 9-cu dərəcəsinə düşən bu hadisə daha çox Xərçəng və Oğlaq bürcü altında dünyaya gələn insanlara təsir göstərəcək. Astroloji ölçülərə görə bu hadisənin mənfi fəsadları əsasən inşaat, alpinizm, geologiya, məhkəmə-tədqiqat, həmçinin müştəri xidmətləri sahəsində üzə çıxacaq. Bu səbəbdən də sadaladığımız sahələr üzrə çalışanlar əvvəlcədən ya işlərini təxirə salmalı, ya da texniki və fərdi təhlükəsizliyi təmin etməlidirlər.

Bəs konkret olaraq gözlənilən bu astronomik hadisənin xüsusi özəllikləri nədədir, daha hansı mənfi fəsadları, müsbət təsirləri var? Bu suallara cavab olaraq tutulma vaxtının astroloji mahiyyətini nəzərinizə çatdırıram.

İlk öncə bildirim ki, tutulma vaxtı Ay Xərçəng bürcündə olacaq. Belə ərəfələrdə insanlarda analıq instinkti baş qaldırır və hamı öz övladı haqqında daha çox düşünür və onun qayğısını çəkir. İnsanlar bir-birinin şəfqətinə ehtiyac duyur, bədgümanlıq hissi kəskinləşir. Bu dövrdə emosiyalar intensivləşir və rosionalizm zəifləyir. Başqalarının və özünüzün emosional təsirlərə məruz qalmaması üçün öz üzərinizdə nəzarəti gücləndirin. Bu dövrdə öz aktuallığını tez itirən işlər görmək və ümumiyyətlə, alqı-satqı ilə, ticarətlə məşğul olmaq çox uğurludur. Eləcə də ailə-mənzil qayğıları ilə məşğul olmaq, məhkəmə proseslərinə başlamaq, dəniz və ya çayda səyahətə çıxmaq məsləhətdir. Bu dövrdə uzun sürən işlərə başlamaq, təzə evə köçmək - uğursuzluqla nəticələnəcək. Borca pul götürmək də məsləhət deyil.

Bu müddətdə mədənin həssaslığı artır və buna görə də qida məmulatlarından zəhərlənmələr intensivləşir. Bir çoxlarında mədədə xoşagəlməz hisslər – ağırlıq, ağrılar və qıcqırmalar yaranır. Bu günlərdə spirtli içkilərdən uzaq olmaq, imkan daxilində kimyəvi tərkibli dərman preparatlarından istifadəni ixtisara salmaq lazımdır. Ay Xərçəng bürcündən keçəndə acı, yaxud ağır qidalardan istifadə etmək olmaz, daha çox mineral sular içmək lazımdır. Bu günlərdə mədəni cərrahiyyə əməliyyatından çəkindirmək lazımdır. Ayın Xərçəng bürcündə olduğu günlərdə dişlərin plomlanmasını təyin etmək olar, belə müalicə adi günlərdən daha ağrısız olar. Orqanizmin yığılmış şlak və daşlardan təmizlənməsi məqsədiylə aparılan tibbi prosedurlar üçün bu gün uğurludur.

Avesta qoroskopuna görə iyulun 1-i Günəş təqviminin 13-cü gününüə düşür ki, bu da Səma mexanikası ilə bağlıdır. Əgər gecə hansısa ərazinin üstündə çoxlu ulduz görünürsə, bu, həmin ərazinin çiçəklənməsinə işarədir. Səyahətlər dövrüdür, təbiət qoynunda çox vaxt keçirmək tövsiyə olunur. Nigahdan başqa bütün sənəd və müqavilələrin imzalanması uğurludur. Bütün qorxuları dəf etmək üçün münasib vaxtdır, gələcəyə qapılar açılan gündür (evə gələnlər üçün hər vaxt qapıları açmaq gərəkdir). Fəaliyyət və yeni zirvələrə qalxmaq üçün uğurlu ərəfədir. Müqavilələrin imzalanması üçün çox düşərlidir. Bu gün quraqlıq və bərəkətsiz torpaqlardan uzaq olmaq, bədnəzərdən qorunmaq məsləhətdir. Dırnaq və saç kəsmək olmaz. Əgər bədəndə qaşınma varsa, mütləq yuyunmaq lazımdır. Yuxuda od, işıq mənbəyi, qadınlar üçünsə qızıl balıq görmək yaxşıdır.

Avesta qoroskopuna görə bu gün fikir dəqiqliyi ilə rəftar aydınlığı əlaqəyə girir. Müxtəlif ürəyədammalara, hissetmələrə, yaxud həyəcanlı fərzlərə həddindən artıq məna vermək lazım deyil. Bu gün məntiq və sağlam düşüncə ilə silahlanmaq yaxşı olardı. Bu amil problemlərin ağıllı həllini tapmağa imkan verər, hər hansı dolaşıqlıqdan çıxış yolu tapmağa kömək edər.

13-cü Günəş təqviminin himayədarı Tiştriyadır (mənası: Sirius).

Zərdüştilikdə Qalakəngə ayı kimi (19 iyun-18 iyul) dəyərləndirilən bu ərəfə mövcud vəziyyətin aydınlaşdırılmasına, müqavilələrin bağlanmasına, sövdələşmə və izdivaclara, mənzildə təmir-quraşdırma işləri aparılmasına zəmin yaradır.

Beləliklə, verdiyim bu göstəriciləri analiz edib tutulma vaxtında hansı addımlar atacağınızı təyin edə bilərsiniz. Məqsədimiz də hər kəsə doğru olanı göstərmək, zülmətdən xilas yollarını başa salmaq və Tanrıya yaxın olmalarına xidmət göstərməkdir. Gəlin, yarıyolda qalmayaq, çünki yolumuz Ağ İşığadır. Bu İşıqda isə nə Ay, nə də Günəş tutulması bizə mane ola bilməz.

Yolumuz nurlu olsun! Amin!

Səbuhi Rəhimli, “Qoroskop” qəzetinin baş redaktoru