BMT Camalanı səfir seçdi

bmt-camalani-sefir-secdi
Oxunma sayı: 3530

“Eurovision 2016” mahnı müsabiqəsinin birincisi Camala Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Miqrasiya Təşkilatının xoşməramlı elçisi təyin edilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Camala xoşməramlı səfir olaraq insan alverinə qarşı aparılan qlobal mübarizəyə qatılacaq.

İfaçının müasir köləliyə qarşı keçiriləcək informasiya kampaniyasında yer alacağı açıqlanıb. Bundan başqa, o, müasir köləlik problemiylə bağlı klipdə də çəkiləcək.

Xatırladaq ki, Camala 20016-cı ildəki müsabiqədə Krım tatarlarının deportasiya və nənəsinin yaşadığı faciədən bəhs edən “1944” adlı mahnı ilə Ukraynanı təmsil etmiş və 534 xalla birinci olmuşdu.