Qəddafinin oğlunun evindən mavilərin porno CD-ləri çıxdı - Fotolar

qeddafinin-oglunun-evinden-mavilerin-porno-cd-leri-cixdi-fotolar
Oxunma sayı: 1157

Liviyalı müxaliflər Müəmmar Qəddafinin Bab Əziziyədəki qərargahından sonra Aişə və Əl Saadinin də evlərini qarət ediblər. “Qafqazinfo”nun məlumatına görə, Aişə Qəddafinin evini alt-üst edən müxalifətçilər onun 35 yaşlı qızının şəxsi fotolarını da ələ keçiriblər. Saadinin evindən daha dəbdəbəli olan Aişənin evində su hovuzu və Aişənin üz cizgilərini əks etdirən divan diqqət çəkib. Qəddafinin futbol düşkünü olan oğlu Əl Saadinin evinə girən üsyançıların ilk işi isə Lamborghini, BMW, Audi və Toyoto avtomobillərini oğurlamaq olub. Dəyərli əşya və sənədlərini ələ keçirən üsyançılar 38 yaşındakı Əl Saadinin evində mavilərin porno CD-sini də tapdıqlarını iddia ediblər.

Bu arada Qəddafiyə bağlı olan Əl Uruba televiziyasına telefonla bağlanan və özünü Aişə Qəddafi olduğunu söyləyən qadın Liviya xalqından NATO-ya qarşı əlbir olmağı istəyib.

Liviya xalqını silahlı qüvvələrdən qorxmamağa çağıran Aişə Qəddafi “Lider doğru yolda” açıqlamasını verib.

Səidə