Saakaşvili baş naziri dəyişdi

saakasvili-bas-naziri-deyisdi
Oxunma sayı: 646

İvane (Vano) Merabişvili prezident Saakaşvilinin ən yaxın tərəfdaşlarındandır. O, 2004-cü ildən Daxili işlər naziri vəzifəsində çalışmış, bundan əlavə isə Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi idi.

Sabiq baş nazir Nika Qilauri 2009-cu ildən bu vəzifəni tutub.

Ekspertlərin fikrincə, Saakaşvilinin bu qərarı bu ilin oktyabr ayında ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində güclü bir addımdır. Merabişvilini həm iqtidar, həm müxalifət nümayəndələri yüksək qiymətləndirirlər. Bir sıra sorğuların nəticələrinə görə Merabişvili Gürcüstan hökümətinin ən uğurlu naziri hesab edilir.