Şagirdlərimiz Türkiyədə birinci oldu - Foto

sagirdlerimiz-turkiyede-birinci-oldu-foto
Oxunma sayı: 695

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Azərbaycan -Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz çıxış edərək bildirib ki, olimpiadada builki nəticələr sevindirici olub: “Belə ki, Azərbaycan 21 medalla bütün ölkələr arasında birinci yeri tutub. Medallardan 7-i qızıl, 10-u gümüş və 4-ü bürüncdür. Azərbaycan həm də “Ölkəsini ən yaxşı təmsil edən ölkə” nominasiyasında da qızıl medala layiq görülüb. Qızıl medal sahiblərinə 1000 dolllar, gümüş medal sahiblərinə 700 dollar, bürünc medal sahiblərinə isə 600 dollar pul mükafatı təqdim olundu”.

“Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən də çıxış edərək olimpiadanın əhəmiyyətindən danışıb. Bu möhtəşəm tədbirə qatılan ölkələrin sayının ildən ilə artdığını vurğulayıb. Azərbaycan özəl türk liseylərində təhsil alan şagirdlərin də bu olimpiadadakı uğurlu çıxışını yüksək qiymətləndirib.

Nigar Məmmədli