Türk düşməni korrupsiya başında yaxalandı - Video

turk-dusmeni-korrupsiya-basinda-yaxalandi-video
Oxunma sayı: 665

“Qafqazinfo”nun Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbərinə görə, Fransada Senatda təsdiq edilən qondarma “erməni soyqırımı”nı inkar qanununu Sosialist Partiya qrupu adından dəstəlkəyən Clamart bələdiyyəsinin sədri, senator Filipp Kaltenbachın rüşvət aldığı müəyyənləşib.
Videogörüntülərdə yoxsullara verilmək üçün inşa edilən bələdiyyəyə aid ictimai binalardan birini tanışına verməsinin qarşılığında 1000 avronu cibinə qoyarkən nümayiş olunur.
Keçən ay rüşvət alma iddiası ilə istintaq orqanları tərəfindən barəsində araşdırma başladılan Kaltenbahc pulu alarkən çəkilən görüntülər “Le Figaro” qəzetinin internet saytında, sonra isə xəbər kanallarında göstərilib.

corruption.flv