WikiLeaks İlham Əliyevin İranla bağlı düşüncələrini açıqladı - Məxfi sənədlər

<b>WikiLeaks İlham Əliyevin İranla bağlı düşüncələrini açıqladı - <font color=red>Məxfi sənədlər  </b></font>
Oxunma sayı: 193

“İrana qarşı hərbi əməliyyatlar Azərbaycan üçün faciə ilə nəticələnəcək”. “Qafqazinfo”nun məlumatına görə, WikiLeaksdə yayımlanan diplomatik sənəddə prezident İlham Əliyev amerikalı diplomatlarla görüşündə bu sözləri dediyi qeyd olunub. 2007-ci il 11 aprel tarixində səfir Enn Dersin adından göndərilən sənəddə deyilir ki, səfir Enn Ders və Nümayəndələr Palatasının üzvü Piter Xoekstra ilə görüşdə Əliyev Azərbaycanın “unikal geosiyasi vəziyyətdə, iki keçmiş müstəmləkəçi –İran və Rusiyanın arasında sıxılmış halda olduğunu bildirib. Əliyevin sözlərinə görə, Azərbaycan 1992-ci ildə müstəqilliyini elan etdikdən sonra İranın Azərbaycana təsiri sürətlə artmağa başlayıb ki, bu da İran tərəfindən qəsdən teokratik milliyyətçiliyin ixracı ilə nəticələnib. Prezident vurğulayıb ki, 90-cı illərin əvvəllərində İranın siyasəti Azərbaycanda İran mollalarının sayının artımına tuşlanmışdı və İran təbliğatı şiə islamının daha mühafizəkar versiyası ilə geniş yayılmışdı. İranın əlində oyuncağa çevrildiyi üçün Əliyev "qeyri-peşəkar" post-sovet Azərbaycanının hakimiyyətini ittiham edib. O, əlavə edib ki, İran təsiri daha çox Qarabağdan olan məcburi köçkünlər arasında geniş yayılmışdı. Lakin son 15 ildə vəziyyətin dəyişdiyini əlavə edib. Əliyev Azərbaycanda həyatın İrandan daha yaxşı olduğunu, onların vətəndaşlarının Azərbaycana gəldiyini, bunu isə qadınların hicab örtməməsi, kişilərin isə diskotekalarda rahat oynamaq və içmək imkanı olması ilə izah edib. Prezident Əliyevin sözlərinə görə, qərbdə doğulanlar çətin başa düşərlər ki, azərbaycanlılar üçün “azad olmaq” nə deməkdir.

Azərbaycanın İran və Rusiya ilə əlaqələrinə toxunan prezident hazırkı durumun əvvəldən təxmin edildiyi kimi olduğunu qeyd edib: “Onlar bizə problem yaradacaqları halda, biz də onlara problem yarada bilərik”.

Xoekstranın Əhmədinejadın niyyəti ilə bağlı sualı isə Əliyevi gülməyə məcbur edib.

Onun sözlərinə görə, ABŞ-ın İraqdakı müharibəsi regionda mənfi reaksiya doğurub, lakin olan olub. Lakin ABŞ-ın İrana hücumunun Azərbaycan üçün faciə olacağını bildirib.

Birincisi, Əhmədinejadın Əliyevə dediyinə görə, İran o ölkələrə hücum edəcək ki, ərazisindən hücumlar təşkil olunacaq. Digər problem isə çoxlu sayda qaçqının Azərbaycana axın etməsi ilə bağlıdır: “Əgər təkcə İrandan 10% etnik azərbaycanlı sərhədi keçsə Azərbaycanın sonu gələcək”.

Belə olan halda qaçqınlara nəzarət etmək çətinləşəcək: “İranlılar, hətta etnik azərbaycanlılar belə özləri ilə İran islam mədəniyyətini gətirsələr, bu Azərbaycanı pis tərəfə dəyişəcək”. Əliyev onu da vurğulayıb ki, Azərbaycan qəti olaraq İrana hücumun əleyhinədir. Prezident İranın güclü orduya və hərbi infrastrukturaya sahib olduğu qeyd edib. Bundan başqa, İrana hücum İranın sadəcə müsəlman dünyasında mövqeyini zəiflədəcək. Nümunə olaraq Səddam Hüseynin edamını misal göstərib.

ABŞ-ın İran məsələsində hansı mövqe tutmasına əmin olmadığını deyən Əliyev, ABŞ-ın danışıqlar prosesində güzəştə getdiyi halda İranın mövqeyinin güclənəcəyini deyib.

Lakin ABŞ-ın siyasətinin İranı təcrid etmədiyini, belə ki, onun digər ölkələrlə əməkdaşlıq etdiyini deyib. O qeyd edib ki, prezident Buşun İrana verdiyi ultimatumun vaxtı 2006-cı ildə bitsə də indi 2007-ci ildir, lakin heç bir şey baş verməyib: “İranın nefti var, nefti də heç nə dayandıra bilməz”.

Əliyevin fikrincə, Rusiya İran –Amerika qarşıdurmasından dividentlərin əldə edilməsində maraqlıdır: “Prezident Putin dedi ki, Rusiya heç bir tərəfi dəstəkləmək istəmir və o, səmimi idi”.

Əliyev Çinin müdrik siyasət yeritdiyini və bu məsələyə qarışmadığını deyib. Əhmədinejadın İranın dini rəhbərləri ilə ümumi baxışları bölüşdüyünü, lakin hər iki düşərgə arasında “qıcıqlanmanın” artdığını deyən prezident Əliyev Əhmədinejadın sadəlövh və axmaq olmadığını vurğulayıb.

Əliyevin sözlərinə görə, Əhmədinejadla ikitərəfli görüşlərin gedişatında, İran prezidenti öz sələflərindən fərqli olaraq daim müharibə və hərbi məsələlər haqqında danışdığını deyib.

Əliyev Əhmədinejada beynəlxalq arenadakı çıxışlarının “faydasız həyəcanlandırıcı” olduğunu deyib, cavabında isə İran prezidentinin “Sən xoşbəxt olmalısan, mənim sözlərimə görə neftin qiyməti qalxır”-cavabını verib.

Əliyev hesab edir ki, ABŞ müsəlman dünyasını islah etməyə çalışmamalıdır, çünki bu iki çox müxtəlif mədəniyyətlərdir. Azərbaycanın özünü qərbin və müsəlman dünyasının arasında rahat hiss etdiyini bildirən Əliyev "müsəlman dünyasında islahatların yalnız Həmasa və Hizbullaha gətirib çıxaracağ"ını deyib.. Bundan başqa, ABŞ-ın demokratiyanı İraqa və ya Yaxın Şərqin başqa ölkəsinə boynuna qoymaq cəhdlərini səhv addım kimi dəyərləndirib. Müsəlman dünyası əsrlik ənənələrə, ideologiyaya və mədəniyyətə malikdir, hansılar ki, sürətli demokratlaşdırmayla uyuşmazdırlar. "Kim əfqanları və ya Səudiyyə Ərəbistan sakinlərini dəyişdirə bilər?".

Səidə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi