YAP da AKP-yə təbrik məktubu ünvanladı

yap-da-akp-ye-tebrik-mektubu-unvanladi
Oxunma sayı: 788

«Qafqazinfo»nun məlumatına görə, məktubda deyilir: «AK Partiyanın növbəti seçimlərdə möhtəşəm uğuru partiyanızın qardaş Türkiyənin inkişafı yolunda gördüyü əzəmətli işlərə xalqın verdiyi yüksək qiymətdir. Bu, əslində bütün Türkiyənin uğurudur. İnanırıq ki, AK Partiya iqtidarı bundan sonra da Türkiyə üçün faydalı olacaq.

Dost və qardaş partiya olaraq Yeni Azərbaycan Partiyası AK Partiyanın möhtəşəm uğuruna ürəkdən sevinir. Qardaşlarımızın, Türkiyənin hər uğuru Azərbaycanın uğuru, qələbəsi Azərbaycanın qələbəsidir.»

Məktubda daha sonra Yeni Azərbaycan Partiyasının Adalet və Kalkınma Partiyasına və onun sədri cənab Rəcəb Tayyib Ərdoğana qardaş Türkiyənin gələcək inkişafı naminə yeni – yeni uğurlar dilədiyi bildirilib.